Kalininqrad vilayətinin mətbuat xidməti bəyan edib ki, Litva Rusiya Federasiyasının digər regionlarından Kalininqrad vilayətinə sanksiya tətbiq edilən yüklərin daşınmasına qoyulan məhdudiyyətləri yük avtomobili tranzitinə də aid edib.
“Yüklərin tranzitinə qoyulan məhdudiyyətlər Litvadan keçən dəmir yolları ilə yanaşı, avtomobil nəqliyyatına da şamil edilir. Ona görə də bu yüklər hazırda ancaq dəniz yolu ilə daşına bilər”, - deyə mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, iyunun 18-dən etibarən Aİ sanksiyalarına məruz qalan bir sıra malların Litva Dəmir Yolları ilə Kalininqrada tranziti dayandırılıb. İlkin hesablamalara görə, qeyd olunan istiqamətdə daşınan malların 40-50%-i tranzit qadağası altına düşür.
Mənbə: gazeta.ru