Bu günlərdə Ukrayna prezidenti Vladimir Zelenski gizli şəkildə Luqansk vilayətinin son aylar işğalçı Rusiya ordusunun daim atəş altında saxladığı Lisiçansk şəhərinə səfər edib.
Bu haqda Ukrayna Ali Radasının “Xalqın xidmətçisi” fraksiyasından olan xalq deputatı Maryana Bezuqlaya “Facebook” səhifəsində məlumat paylaşıb.
"Vladimir Zelenski Lisiçanskda. Bu yaxınlarda. Öz şəklidir." -deyə deputat yazıb.
“O, atəşə məruz qalan şəhərə xalqa və döyüşçülərə dəstək olmaq və hər şeyi öz gözləri ilə görmək, araşdırmaq üçün gizli şəkildə gəldi. Bizimlə bir yerdə oldu” -deyə Rada üzvü əlavə edib.
Daha əvvəl deputat Bezuqlaya artıq bir neçə aydır ki, öz təşəbbüsü ilə döyüş bölgəsində işlədiyini bildirib./moderator/az
www.Leqal.Az