ABŞ gələn həftə Rusiyanı terrorçu ölkə kimi tanıya bilər

ABŞ gələn həftə Rusiyanı terrorçu ölkə kimi tanıya bilər
  • Maraqlı

  • Gələn həftə ABŞ Senatı Rusiyanı terrorizmin sponsoru kimi tanıyan qətnaməyə baxa bilər. Qərar müsbət olarsa, o, ABŞ Konqresinin Nümayəndələr Palatasında səsverməyə çıxarılacaq.

    Leqal.Az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bunu Ukraynanın xalq deputatı Yevgeniya Kravçuk deyib.

    Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosi Ukrayna parlamentarilərindən ibarət nümayəndə heyəti ilə görüşü zamanı qətnaməni dəstəklədiyini bildirib. Qətnaməyə Senatda səsvermədən əvvəl ilk olaraq Xarici Əlaqələr Komitəsində baxılacaq.

    Bundan əvvəl ABŞ Prezidenti Co Bayden demişdi ki, Rusiya lideri Vladimir Putin təkcə Ukraynada dayanmağı planlaşdırmır. Əgər NATO reaksiya verməsəydi, müharibə və xaos bütün Avropanı təhdid edərdi.puplika/az
    PAYLAŞ:

    Oxşar xəbərlər