Türkmənistanda sakinlərə hökumətdən icazə almadan paytaxtı tərk etməyə icazə verildi

Türkmənistanda sakinlərə hökumətdən icazə almadan paytaxtı tərk etməyə icazə verildi
  • Maraqlı

  • Artıq Aşqabad sakinlərinin paytaxtdan regionlara getmək üçün Türkmənistanın Miqrasiya Xidmətindən icazə almasına ehtiyac yoxdur. Ancaq rayon sakinlərinin paytaxta səfəri üçün icazə məsələsi qüvvədə qalıb.

    Hər iki kateqoriyada olan sakinlər qatar və təyyarə ilə səyahətdən 72 saat əvvəl alınan COVID-19 testinin mənfi cavabını təqdim etməlidir.

    Bundan əvvəl Türkmənistan sakinlərinə paytaxta girib-çıxmaq üçün icazə ancaq dəfn mərasimlərində iştirak, təcili tibbi yardım almaq, işlə başlı zərurət və təhsil məqsədi olarsa verilirdi./oxu.az

    www.Leqal.Az

    PAYLAŞ:

    Oxşar xəbərlər