Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışma baş verib.
Bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.
“2022-ci il iyunun 14-də Qırğızıstan-Tacikistan dövlət sərhədində iki ölkənin sərhədçiləri arasında atışma baş verib. Ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur” - qeyd edilir.
Bundan əvvəl Tacikistan Xarici İşlər Nazirliyi Qırğızıstanı iyunun 3-də sərhəddə baş vermiş təxribatda ittiham etmişdi.
Nazirliyin məlumatına görə, sərhədçilərlə atışmalara səbəb Qırğızıstan hərbçilərinin Tacikistan ərazisinə qanunsuz daxil olması və ölkə ərazisini tərk etmək tələblərinə məhəl qoymamaları olub./oxu.az
www.Leqal.Az