Rusiya Prezidenti Vladimir Putin özünü I Pyotrla müqayisə edib və "ərazilərin qaytarılmasını" öz vəzifəsi adlandırıb.
Leqal.Az xarici KİV-ə istinadən xəbər verir ki, Putin gənc sahibkarlarla görüşündə Rusiyanın indiki hədəfindən, əraziləri "geri almaq"dan danışaraq, builki hadisələri cümə axşamı Rusiyada 350 illik yubileyi qeyd edilən I Pyotrun dövrü ilə müqayisə edib:
“Biz özümüzü bir növ müdafiə etməli, bunun üçün mübarizə aparmalıyıq. I Pyotrun 350 illiyinə həsr olunmuş sərgidə idik. Demək olar ki, heç nə dəyişməyib. I Pyotr 21 il Şimal müharibəsində döyüşüb. Deyəsən, İsveçlə müharibə aparırdı. Əvvəl uğursuzluqla üzləşsə də, sonra qayıtdı və gücləndi. Sankt-Peterburqun əsası qoyulduğu yerdə - o, yeni paytaxtın təməlini qoyanda Avropa ölkələrindən heç biri buranı Rusiya ərazisi kimi tanımırdı, hamı onu İsveç ərazisi kimi tanıyırdı. Orada qədim zamanlardan fin-uqor xalqları ilə yanaşı, slavyanlar da yaşayırdılar və ərazi Rusiya dövlətinin nəzarəti altında idi./qafqazinfo
Görünür, bu bizim də payımıza düşür ki, geri qayıdaq və güclənək”.