Qurbanlıq heyvanların satışı və kəsimi yerləri -

Qurbanlıq heyvanların satışı və kəsimi yerləri -
  • Cəmiyyət

  • İyulun 20-21-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 88 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil ediləcək. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq. Bununla yanaşı, regionlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.

    LEQAL.AZ xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən şəhərə” layihəsi çərçivəsində Qurban bayramı günlərində vətəndaşların seçim imkanlarını artırmaq, dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası zamanı vətəndaşların sıx toplaşmasının qarşısını almaq və onların sağlamlıqlarının qorunmasına xidmət etmək məqsədilə qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq. Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində 7 ünvandan götürə biləcəklər. Qurbanlıqların onlayn şəkildə sifarişinin həyata keçirilməsi üçün satış portalı iyulun 16-dan etibarən vətəndaşların istifadəsinə veriləcək.

    Ölkə ərazisində fəaliyyət göstərən kifayət qədər soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bu ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları www.afsa.gov.az/uploads/satish.pdf linkə daxil olmaqla əldə edə bilərlər.

    Qurban bayramı günlərində respublika üzrə 88 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 53-də həm kəsim, həm satış, 17-də qurbanlıq heyvanların satışı, 18-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.
    Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.

    Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara Qurban bayramından bir neçə gün əvvəl qurbanlıq heyvanları onlayn şəkildə sifariş etməyi, həmçinin ticarət şəbəkələrinə əvvəlcədən müraciət edərək, baytarlıq nəzarətindən keçmiş və bayram günlərində kəsilmiş sağlam qurbanlıq heyvan cəmdəklərini əldə etməyi tövsiyə edir. Qurban bayramının bu qaydalarla həyata keçirilməsi insanların bayramı təhlükəsiz və sağlam şəraitdə qeyd etmələrinə, habelə heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyin icrasını təmin etməyə, yarana biləcək pərakəndəliyin aradan qaldırılmasına imkan verəcəkdir.

    Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları www.afsa.gov.az/uploads/menteqe.pdf linkə daxil olmaqla və ya aşağıdakı cədvəldən əldə edə bilərsiniz:
    RayonÜnvanQeyd
    Bakı şəhəri, Binəqədi rayonu8 mkr., Cəfərxəndan 52C
     
    kəsim və satış
    Biləcəri qəsəbəsi, Rəşid İsmayılov 9kəsim və satış
    Bakı şəhəri, Xətai rayonuHəzi Aslanov qəsəbəsi, İlham Məmmədov küçəsi 17/2kəsim və satış
    Bakı şəhəri, Xəzər rayonuBuzovna qəsəbəsi, H. Sadiq küçəsi 21kəsim və satış
    Binə qəsəbəsi, Ş. İ. Xətai küçəsi 78kəsim və satış
    Buzovna qəsəbəsi, H. D. Səmədzadə küçəsi, ev 28kəsim və satış
    Binə qəsəbəsi, Mərdəkan şosesi (Grandmarketin yanı)kəsim və satış
    Bakı şəhəri, Qaradağ rayonuLökbatan qəsəbəsi, S. Xəlilov küçəsi 13, “Qoç ət” MMCkəsim və satış
    Bakı şəhəri, Nərimanov rayonu"Bakı Taxıl " ASC-nin ərazisində ət kəsimi məntəqəsi, Ə. Əliyev 26kəsim və satış
    Keşlə Bazarı, Ə. Əliyev 36, Ə. Əliyev və Y. V. Çəmənzəminli küçələrinin kəsişməsikəsim və satış
    "50 Qəpik" mağazasının ət kəsimi məntəqəsi, Ə. Əliyev və Y. V. Çəmənzəminli küçələrinin kəsişməsikəsim və satış
    Bakı şəhəri, Nizami rayonuHeydər Əliyev prospekti 92, “ESE” MMCkəsim və satış
    Heydər Əliyev prospekti 92, “Bəsit” firmasıkəsim və satış
    M. Abbasov küçəsi, 2405-ci məhəlləkəsim və satış
    Keşlə qəsəbəsi, 4-cü Köndələn küçəsi 217kəsim və satış
    Çobanzadə küçəsi 63kəsim və satış
    Bakı şəhəri, Pirallahı rayonuPirallahı qəsəbəsi, S. Vurğun küçəsikəsim və satış
    Bakı şəhəri, Sabunçu rayonuRamana qəsəbəsi, Şuşa küçəsikəsim və satış
    Zabrat qəsəbəsi, Babək küçəsiskəsim və satış
    Bakı şəhəri, Səbail rayonuGülbala Əliyev küçəsi 20
     
    kəsim və satış
    Gəncə şəhəriMüseyib Bağırov küçəsiyalnız kəsim
    Kəpəz rayonu, Sadıllı qəsəbəsiyalnız kəsim
    Kəpəz rayonu, "Kəpəz-Bazarı" ASC-nin yaxınlığıyalnız kəsim
    Lənkəran şəhəriLənkəran şəhəri, Fizuli küçəsi (Çadırtipli heyvan kəsim məntəqəsi)kəsim və satış
    Mingəçevir şəhəriƏrəş küçəsikəsim və satış
    Təbriz küçəsikəsim və satış
    Sumqayıt şəhəriSumqayıt şəhəri, İnşaatçılar küçəsi 61Akəsim və satış
    Sumqayıt şəhəri, Çerkassi küçəsi, 46-cı məhəllə, “Misiroğlu” MMCkəsim və satış
    Şəki şəhəriMikayıl Müşfiq küçəsi, “Halal Kəsim” MMCyalnız kəsim
    Salman Mümtaz küçəsiyalnız satış
    Şirvan şəhəriHeydər Əliyev prospekti (Çadırtipli heyvan kəsim məntəqəsi)kəsim və satış
    Yevlax rayonuAşağı Bucaq kəndikəsim və satış
    Salahlı kəndikəsim və satış
    Yevlax rayon, Aran qəsəbəsikəsim və satış
    Abşeron rayonuAbşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi 180/90, “Səhliyalı” kiçik müəssisəsiyalnız kəsim
    Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi 1, “Az Sağlam Qida” MMCkəsim və satış
    Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, “Canət” MMCkəsim və satış
    Abşeron rayonu, Məmmədli kəndikəsim və satış
    Ağcabədi RayonuXocavənd kəndiyalnız kəsim
    Aşağı Avşar kəndikəsim və satış
    Ağdaş rayonuAğdaş rayonu, H. Əliyev pr. 169yalnız kəsim
    Ağdaş rayonu, Heyvan bazarıyalnız satış
    Ağstafa rayonuBakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun kənarı (Çadırtipli heyvan kəsim məntəqəsi)kəsim və satış
    Balakən rayonuBalakən şəhəri, N. Rəfibəyli küçəsi 7yalnız satış
    Beyləqan rayonuŞəfəq qəsəbəsi (Ziyarətgah)kəsim və satış
    Şəfəq qəsəbəsi (Ziyarətgah)kəsim və satış
    Bərdə rayonuQaradağlı kəndikəsim və satış
    Biləsuvar rayonuBiləsuvar şəhər H. Əliyev  küçəsiyalnız satış
    Cəlilabad rayonuCəlilabad şəhəri, Qurtuluş pr-76yalnız satış
    Füzuli rayonuBala Bəhmənli kəndiyalnız satış
    Gədəbəy rayonuGədəbəy şəhəri, M. Ə. Rəsulzadə küçəsiyalnız kəsim
    Yenikənd kəndiyalnız satış
    Goranboy rayonuGoranboy-Goran avtomobil yolunun 2-ci km-i, yolun sol hissəsi, Goranboy Rayon Su-Kanal İdarəsinin həyəti (Çadırtipli heyvan kəsim məntəqəsi)kəsim və satış
    Göyçay rayonuGöyçay rayonu, Cəyirli kəndiyalnız kəsim
    Qarabaqqal kəndi, heyvan bazarıyalnız satış
    Göygöl rayonuGöygöl şəhəri, A. Şadlinski küçəsi 1yalnız kəsim
    Qızılqaya qəsəbəsiyalnız kəsim
    Qızılca bələdiyyəsi ərazisikəsim və satış
    Xaçmaz rayonuQaraqurdlu kəndi, “Şahdağ süd və ət” MMCkəsim və satış
    İsmayıllı rayonuİsmayıllı şəhəri H. Əliyev pr. 7, "Yaşıl market" ticarət kompleksikəsim və satış
    Qax rayonuQax şəhəri, İ. Dağıstanlı küçəsi 1yalnız satış
    Qazax rayonuQazax şəhəri, Nəriman Nərimanov küç. 72Ayalnız kəsim
    Qazax şəhəri, Nəriman Nərimanov küçəsiyalnız satış
    Qəbələ rayonuQəbələ şəhəri, H. Əliyev pr. 9yalnız satış
    Qobustan rayonuQobustan şəhəri, E. Vəliyev küçəsikəsim və satış
    Quba rayonuQuba şəhəri, "Dəvədabanı" yaşayış massivikəsim və satış
    Qusar rayonuQusar şəhəri, Çingiz Qurbanov 10Akəsim və satış
    Masallı rayonuMasallı şəhəri, H. Aslanov küçəsiyalnız satış
    Masallı şəhəri, H. Aslanov küçəsiyalnız satış
    Neftçala rayonuNeftçala şəhəri, M. Əsədov küçəsiyalnız satış
    Saatlı rayonuSaatlı rayonu, Sarıcalar kəndikəsim və satış
    Salyan rayonuƏlət-Astara magistral avtomobil yolunun (köhnə) 58-ci km-iyalnız kəsim
    Salyan rayonu, heyvan bazarı, kəsim məntəqəsindən 3-4 km aralıyalnız satış
    Samux rayonuTatlı kəndikəsim və satış
    Siyəzən rayonuSiyəzən rayonu, 1 saylı heyvan kəsim məntəqəsikəsim və satış
    Şabran rayonuŞabran şəhəri, M. Müşviq küçəsi 7kəsim və satış
    Şamaxı rayonuŞəhriyar qəsəbəsi, "Şirvan" ticarət kompleksikəsim və satış
    Şəmkir rayonuHəbibli-1 MMC, Şəmkir şəhəri, 20 yanvar küç. 35 (Çadırtipli heyvan kəsim məntəqəsi)kəsim və satış
    Tərtər rayonuTərtər şəhəri, Cavanşir küçəsi 84yalnız kəsim
    Tərtər şəhəri, F. Qulami küçəsiyalnız satış
    Tovuz rayonuTovuz şəhəri, Musa Musayev küçəsiyalnız kəsim
    Qovlar şəhəri, Vağzal küçəsiyalnız kəsim
    Tovuz rayonu, Ceyrançöl ərazisi, "Tovuz Agro" MMCyalnız kəsim
    Aşağıquşçu kəndi, heyvan bazarıyalnız satış
    Zaqatala rayonuAşağı Tala kəndiyalnız kəsim
    Muxax kəndikəsim və satış
    Əliabad qəsəbəsikəsim və satış
    Zərdab rayonuZərdab şəhəri, Füzuli küçəsi 17kəsim və satış

    PAYLAŞ:

    Oxşar xəbərlər