Sabah havanın temperaturu 37 dərəcəyədək ARTACAQ

Sabah havanın temperaturu 37 dərəcəyədək ARTACAQ
  • Maraqlı

  • İyunun 3-nə olan hava proqnozu açıqlanıb.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında iyunun 3-də hava şəraiti yağmursuz keçəcək.

    Şimal küləyi əsəcək.

    Havanın temperaturu gecə 19-23, gündüz 29-34, Bakıda gecə 20-22, gündüz 32-34 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45% olacaq.

    Azərbaycanın rayonlarında sabah əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 16-21, gündüz 32-37, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq.

    www.Leqal.Az
    PAYLAŞ:

    Oxşar xəbərlər