Sabahın hava proqnozu AÇIQLANDI

Sabahın hava proqnozu AÇIQLANDI
  • Maraqlı

  • Aprelin 29-a gözlənilən hava şəraiti açıqlanıb.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 13-15, gündüz 21-26, Bakıda gecə 13-15, gündüz 23-25° isti olacaq.

    Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65% olacaq.

    Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 11-16, gündüz 25-30, dağlarda gecə 1-6, gündüz 12-17° isti olacaq.

    www.leqal.az
    PAYLAŞ:

    Oxşar xəbərlər