quraşdırılan karantin postları sökülür.
"Leqal.az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Bakı şəhərinin giriş-çıxışında qoyulan postların artıq sökülməyə başlanıldığını deyib.
O bildirib ki, pandemiyanın sərt dövründə qurulan karantin postları müvəqqəti xarakter daşıyırdı:
“Həmin postlar daimi olmadığı üçün sökülə bilər”.
Qeyd edək ki, Azərbaycanda karantin postları pandemiya səbəbi ilə 2020-ci ildə quraşdırılmışdı.