Qastroenteroloq Natalya Şustova şorbanın gündəlik istehlakının təhlükələri barədə xəbərdarlıq edib.
Həkim bildirib ki, mədə-bağırsaq traktında qastrit, pankreatit və ya mədə xorası kimi problemi olan insanlar bu yeməyi pəhrizdən çıxarmalıdırlar. Belə ki, şorbaların tez-tez ət və ya balıq bulyonları ilə hazırlanır.
“Belə yeməklər xlorid turşusunun istehsalını stimullaşdırır. Mədə-bağırsaq traktında problemlər olduqda isə bu, zərərlidir. Şorba istehlakının azaldılması iltihabı ağırlaşdırmamağa imkan verir”, -deyəi Şustova bildirib.
Eyni zamanda, o, qeyd edib ki, mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkməyənlər hər gün şorba yeyə bilərlər.
Mənbə: “RİA Novosti”