Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə təhlükəsizlik zəmanətinə dair danışıqlar üzrə nümayəndə heyətinin təşkili barədə sərəncam imzalayıb.
"Leqal.az" apa-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.
Preidentin sərəncamı ilə "Xalqın xidmətçisi" partiyasından olan deputat David Araxamiya nümayəndə heyətinin rəhbəri təyin edilib.