Rusiya-Ukrayna görüşü başa çatdı

Rusiya-Ukrayna görüşü başa çatdı
  • Siyasət

  • Xəbər verdiyimiz kimi, bu gün Belarusun Qomel şəhərində Rusiya və Ukrayna arasında danışıqlar aparılacaq.

    “Leqal.az”ın məlumatına görə, Belarusun Xarici İşlər Nazirliyi danışıqların keçiriləcəyi məkanın artıq hazır olduğunu açıqlayıb.

    Hazırda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüş üçün otağa gəlişi gözlənilir.

    ***
    Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski “RİA Novosti”yə bildirib ki, Ukrayna nümayəndə heyəti hələ Belarusda danışıqlara gəlməyib: “Danışıqlar hələ başlamayıb, Rusiya nümayəndə heyəti gözləyir”.

    Onun sözlərinə görə, danışıqlar Bakı vaxtilə 13:00-da başlayacaq.

    ***
    Ukrayna Prezidentinin ofisi Ukrayna tərəfindən danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb.

    Heyətin tərkibinə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya, müdafiə naziri Oleksi Reznikov, prezident ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak, üçtərəfli əlaqə qrupunda Ukrayna nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, deputat Rustem Umerov və xarici işlər nazirinin müavini Nikolay Toçitski daxildir.

    ***
    Moskvanı görüşdə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov təmsil edir.

    ***
    Ukrayna Ali Radasının mətbuat xidmətinin məlumatına görə, Ukrayna nümayəndə heyəti danışıqların keçiriləcəyi məkana gəlib.

    ***
    “Sputnik Belarus” xəbər verir ki, tərəflər arasında görüş başlayıb.

    ***

    “Belta” agentliyi görüşdən canlı yayım etməyə çalışsa da, buna icazə verilməyib.

    Xəbər verdiyimiz kimi, bu gün Belarusun Qomel şəhərində Rusiya və Ukrayna arasında danışıqlar aparılacaq.

    “Qafqazinfo”nun məlumatına görə, Belarusun Xarici İşlər Nazirliyi danışıqların keçiriləcəyi məkanın artıq hazır olduğunu açıqlayıb.

    Hazırda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüş üçün otağa gəlişi gözlənilir.

    ***

    Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski “RİA Novosti”yə bildirib ki, Ukrayna nümayəndə heyəti hələ Belarusda danışıqlara gəlməyib: “Danışıqlar hələ başlamayıb, Rusiya nümayəndə heyəti gözləyir”.

    Onun sözlərinə görə, danışıqlar Bakı vaxtilə 13:00-da başlayacaq.

    ***

    Ukrayna Prezidentinin ofisi Ukrayna tərəfindən danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb.

    Heyətin tərkibinə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya, müdafiə naziri Oleksi Reznikov, prezident ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak, üçtərəfli əlaqə qrupunda Ukrayna nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, deputat Rustem Umerov və xarici işlər nazirinin müavini Nikolay Toçitski daxildir.

    ***

    Moskvanı görüşdə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov təmsil edir.

     

    ***

    Ukrayna Ali Radasının mətbuat xidmətinin məlumatına görə, Ukrayna nümayəndə heyəti danışıqların keçiriləcəyi məkana gəlib.

    ***

    “Sputnik Belarus” xəbər verir ki, tərəflər arasında görüş başlayıb.

    ***

    “Belta” agentliyi görüşdən canlı yayım etməyə çalışsa da, buna icazə verilməyib.




    PAYLAŞ:

    Oxşar xəbərlər