Masallıda kənd təsərrüfatının ümumi məhsul buraxılışı 6,7 faiz artmışdır

Masallıda kənd təsərrüfatının ümumi məhsul buraxılışı 6,7 faiz artmışdır
  • İqtisadiyyat

  • Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2026-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə məhsul buraxılışının ümumi dəyəri 2025-ci ilin yanvar-iyun aylarına nisbətən 6,7 faiz artaraq 175589,1 min manat olmuş, o cümlədən onun 108847,5 min manatı və ya 62,0 faizi bitkiçilik məhsullarının, 66741,6 min manatı və ya 38,0 faizi isə heyvandarlıq məhsullarının payına düşür.
            
    Rayon üzrə əkin sahələrinin 13392,0 hektarını və ya 72,7 faizini dənli və dənli paxlalı bitkilərin,  90,0 hektarını və ya 0,5 faizini texniki bitkilərin, 3716,3 hektarını və ya 20,2 faizini kartof, tərəvəz və bostan bitkilərinin, 1218,5 hektarını və ya 6,6 faizini isə yemlik bitkilərin əkin sahələri təşkil etmişdir.

           
     2026-cı ilin iyul ayının 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 30475,8 ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 20,0 faiz çox dənli və dənli paxlalı bitkilər, 24780,0 ton (54,5 faiz çox) kartof, 40038,5 ton (0,7 faiz az) tərəvəz, 2297,0 ton (5,2 faiz çox) bostan məhsulları, 2448,0 ton (21,6 faiz çox) meyvə və giləmeyvə, 27,8 ton (6,9 faiz çox) yaşıl çay yarpağı yığılmışdır.
             
    2026-cı ilin yanvar-iyun aylarında heyvandarlıq bölməsində diri çəkidə 3632,4 ton ət, 26264,2 ton süd, 36790,0 min ədəd yumurta və 144,3 ton yun istehsal edilmiş və 2025-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 0,6 ton, yumurta  istehsalı 1,0 min ədəd artmış, süd istehsalı 2,6 ton azalmış, yun istehsalı isə eyni qalmışdır. 

    2026-cı il iyul ayının 1-i vəziyyətinə 74030 baş iribuynuzlu mal-qara (ondan 37225 baş inək və camışlar), 96343 baş isə qoyun və keçilər mövcud olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 65 baş, inək və camışların sayı 20 baş, qoyun və keçilərin sayı isə 108 baş artmışdır.
            
    Rayonda fəaliyyət göstərən süni mayalandırma məntəqələrində 2026-cı ilin yanvar-iyun aylarında süni mayalandırılmış 1050 baş inək, camış və düyələrdən 740 baş bala alınmışdır. Heyvanların süni mayalanmasından alınan balaların sayı əvvəlki ilin müvafiq dövründən 114 baş və ya 13,3  faiz az olmuşdur.
    PAYLAŞ:

    Oxşar xəbərlər