"Biznes" mövzusunda onlayn seminar keçirilib

"Biznes" mövzusunda onlayn seminar keçirilib
  • İdman

  • Mayın 30-u Azərbaycan İdman Könüllüləri ictimai birliyi və Gəncə Dövlət Universitetinin İdman könüllüləri klubunun təşkilatçılığı ilə "Biznes" mövzusunda onlayn seminar keçirildi.

    Azərbaycan İdman Könüllüləri ictimai birliyindən LEQAL.AZ-a məlumat verilib ki, təlimçi Əziz Süleymanov könüllülərə biznes təcrübəsi, biznesdə risklərin idarə olunması, kiçik və orta biznes, vaxtın idarə olunması haqqında ətraflı məlumat verdi.

    Qeyd etdi ki, öz biznesinizi qurmaqla hədəfinizə çatacaq, həmçinin xəyallarınızı reallaşdıra biləcəksiniz və bu da sizi motivasiya edərək irəliləmənizə şərait yaradacaq.

    Tədbirin sonunda Əziz Süleymanov gəncləri maraqlandıran sualları cavablandırıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər