"Azərbaycanın dövlətçilik tarixində Şah İsmayıl Səfəvinin rolu" mövzusunda onlayn konfrans keçirilib

"Azərbaycanın dövlətçilik tarixində Şah İsmayıl Səfəvinin rolu" mövzusunda onlayn konfrans keçirilib
  • İdman

  • Mayın 22-də Nərimanov rayon Gənclər və İdman İdarəsi və Azərbaycan İdman Könüllüləri ictimai birliyinin birgə təşkilatçılığı ilə "Azərbaycanın dövlətçilik tarixində Şah İsmayıl Səfəvinin rolu" mövzusunda onlayn konfrans keçirildi.

    Azərbaycan İdman Könüllüləri ictimai birliyindən LEQAL.AZ-a bildirilib ki, konfransın əvvəlində Birliyin sədri Miraqil Seyidzadə qonaqları salamlayaraq, tədbirin keçirilməsinin əsas məqsədinin tarixi şəxsiyyətlərin tanıdılması olduğunu bildirdi. Çıxışında Şah İsmayıl Səfəvinin həyat və fəaliyyətindən, dövlət quruculuğundan danışdı.

    Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək Şah İsmayıl Səfəvinin tarixdə dövlət xadimi və şair kimi həkk edildiyini qeyd etdi. Bildirdi ki, Şah İsmayıl Xətai Azərbaycan tarixində və dövlətçiliyində müstəsna xidmətləri olmuş dahi şəxsiyyətlərindən biridir.

    Tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı çıxışında Şah İsmayıl Səfəvinin şəxsiyyətini xarakterizə etdi, Səfəvilər dövlətinin siyasi, ictimai, iqtisadi və mədəni, türk dilinin inkişafındakı xidmətlərindən danışdı.

    Qüdrətli dövlət başçısı kimi Səfəvilər dövlətinin hüdudlarını genişləndirdiyini bildirən Mübariz Ağalarlı vurğuladı ki, bu, onun yüksək diplomatik
    bacarığının nəticəsi idi.
    PAYLAŞ:

    Oxşar xəbərlər