"Qalatasaray"dan inamlı qələbə

"Qalatasaray"dan inamlı qələbə
  • İdman

  • "Qalatasaray" futbol üzrə Türkiyə Kubokunda növbəti oyununu keçirib.

    "Leqal" xəbər verir ki, A qrupundakı 3-cü matçında "İstanbulspor"u qəbul edən komanda inamlı qələbə qazanıb - 3:1.

    Meydan sahiblərinin heyətində qolları Mauro İkardi, Lukas Torreyra və Ahmet Kutucu vurublar. Qonaq komandadan isə Mendi Mamadu fərqlənib.

    Bu nəticədən sonra xallarını 9-a çatdıran "Qalatasaray" liderliyini möhkəmlədib.
    PAYLAŞ:

    Oxşar xəbərlər