Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.
Leqal.az xəbər verir ki, “Səbail” və “Turan Tovuz” komandaları “ASCO Arena”da üz-üzə gəliblər.
Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.
Hesabı 21-ci dəqiqədə meydan sahiblərinin heyətində Pedro Nunu açıb. Birinci yarının əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə isə qonaqlar Fərid Nəbiyevin penaltidən vurduğu qolla hesabı bərabərləşdiriblər.
Bu nəticədən sonra “Səbail” xallarını 38-ə, “Turan Tovuz” isə 36-ya yüksəldib.