Qubada ağır cinayət hadisəsi baş verib.
“Leqal”ın məlumatına görə, hadisə Quba rayonunun Zizik kəndində olub.
Məlumata görə, 1966-cı il təvəllüdlü Ağasiyev Ceyhun İsmayıl oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1970-ci il təvəllüdlü Ağasiyeva Gülgəz Rahib qızını qətlə yetirib.
Daha sonra Ceyhun Ağasiyev özünü asaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.//Qafqazinfo