Qadın iş yerinin önündə bıçaqlandı

Qadın iş yerinin önündə bıçaqlandı
  • Hadisə

  • Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

    “Leqal” xəbər verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

    1990-cı il təvəllüdlü Minayə Nəbiyeva bıçaqlanıb.

    Hadisə zərərçəkən şəxsin ofisiant işlədiyi, Şəmkir şəhəri ərazisində yerləşən kafenin qarşısında baş verib.

    Xəsatəxanaya yerləşdirilən qadının vəziyyəti orta-ağırdır.

    Hadisəni törətməkdə M.Nəbiyevanın 20 yaşlı qardaşı Nurlan Musayev polis əməkdaşları tərəfindən saxlanılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər