Göygöldə dəhşətli qəza - 2 ölü, 2 yaralı

Göygöldə dəhşətli qəza - 2 ölü, 2 yaralı
  • Hadisə / Maraqlı

  • Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    "Leqal" xəbər verir ki,  hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

    Qəza nəticəsində sürücü 1999-cu il təvəllüdlü E. Mamedov  və 2009-cu il təvəllüdlü İ. Alıyev hadisə yerində ölüb, 2008-ci il təvəllüdlü S. Əsgərov  və 2009-cu il təvəllüdlü T. Süleymanov isə ağır yaralanıb.

    Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır. (APA)

    PAYLAŞ:

    Oxşar xəbərlər