DYP sürücülərə müraciət etdi

DYP sürücülərə müraciət etdi
  • Cəmiyyət / Maraqlı

  • Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

    Leqal.az xəbər verir ki, müraciətdə deyilir:

    “Yol qəzalarında ağır nəticələrə səbəb olan hallardan biri də sürücülərin hava və yol şəraitini, nəqliyyatın hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq olmasının fərqinə varmadan nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlamasıdır. 

    Bildirilib ki, bu səbəbdən məhz yolun hərəkət hissəsində avtomobildən düşməyə məcbur olan sürücü, özü ilə yanaşı sərnişinləri və digər hərəkət iştirakçılarını da təhlükəyə atmış olur:

    “Təəssüf ki, belə faciəvi hadisə növbəti dəfə yaşanıb. Ötən gün gecə saat 3 radələrində Bakı-Qazax avtomobil yolunun Navahi kəndi ərazisindən keçən hissəsində Nizami Binnətov idarə etdiyi “DAF” markalı yük avtomobili ilə təkərində yaranmış nasazlıq səbəbindən yol kənarında dayanmış Orxan Həsənova məxsus “Hyundai” markalı avtomobili və həmin avtomobildən düşən sərnişin – Ağcabədi rayon sakini Nahid Səfərovu vurub. Qəza nəticəsində sonunçu hadisə yerində həyatını itirib. 

    Baş Dövlət Yol Polisi İdarəsi göstərilən səbəblərdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini əhalinin diqqətə çatdırır və bir daha hərəkət iştirakçılarına müraciət edərək nəqliyyat vasitələrinə minib-düşərkən, eləcə də nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində dayanması və ya durması hallarında qanunla tələb olunan qaydalara əməl etməyi, özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağı xahiş edir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər