Bakıda beş maşını əzən sürücü hadisə yerindən qaçdı

Bakıda beş maşını əzən sürücü hadisə yerindən qaçdı
  • Hadisə

  • Bakının Nərimanov rayonunda sürücü beş maşını əzib.

    "Leqal" apa-ya istinadla xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

    “AzSamand” markalı avtomobil prospektdə əks istiqamətdə hərəkət edib. Bu zaman sözügedən avtomobilin sürücüsü sükana nəzarəti itirərək “Mercedes-Benz”, “Hyundai”, “Naz Lifan”, “Toyota” və KİA markalı avtomobillərə çırpılıb.

    Qəza nəticəsində “Toyota”da olan bir nəfər xəsarət alıb. Qəzanı törədən sürücü isə hadisə yerindən yayınıb.

    Faktı Nərimanov Rayon Polis İdarəsi araşdırır.

    PAYLAŞ:

    Oxşar xəbərlər