“Qurtuluş-93” MTK rəhbərinin həyat yoldaşı da qəza törətdi, xəsarət alanlar var

“Qurtuluş-93” MTK rəhbərinin həyat yoldaşı da qəza törətdi, xəsarət alanlar var
  • Hadisə

  • Abşeronda üç avtomobil toqquşub, 2 nəfər xəsarət alıb.

    LEQAL.AZ  xəbər verir ki, hadisə Duz gölünün yaxınlığında baş verib.

    Belə ki, 90-HN-009 dövlət nişanlı “Mercedes” markalı avtomobili idarə edən Hüseynova Gülnar Əsəd qızı sükana nəzarəti itirib. Avtomobil “Nissan”a, daha sonra “Mercedes” və “VAZ 2106” markalı nəqliyyat vasitələrinə çırpılıb. Qəza zamanı üç nəfər xəsarət alıb.

    Qeyd edək ki, “Mercedes Galandewagen”nin sürücüsü Gülnar Hüseynova “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun həyat yoldaşıdır (apa).

    Hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov açıqlama verib. 

    “Bu gün Abşeron rayonunda baş verən yol-nəqliyyat hadisəsi "Mercedes" markalı 99 SD 611 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Sumqayıt şəhər, 17-ci mikrorayonda yaşayan Əliyev Emin Şahin oğlunun kobud qayda pozuntusu nəticəsində baş verib” - deyən bölmə rəisinin sözlərinə görə, "Mercedes" markalı avtomobil yüksək sürətlə hərəkət edən zaman əks istiqamətli zolağa çıxıb və bu zaman "Nissan" markalı avtomobillə toqquşub:

    “Toqquşmadan sonra "Mercedes" idarəetməni itirərək qarşıdan gələn "Gelandewagen" markalı avtomobilə çırpılıb. Nəticədə "Nissan" markalı avtomobildə olan bir nəfər yüngül xəsarət alıb”.

    PAYLAŞ:

    Oxşar xəbərlər