Bakıda iki avtomobil toqquşub, ölən var - FOTO

Bakıda iki avtomobil toqquşub, ölən var - FOTO
  • Hadisə

  • Axşam saatlarında paytaxın Nəsimi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    LEQAL.AZ oxu.az-a istinadən xəbər verir ki, qəza şadlıq sarayının yaxınlığındakı körpüdə qeydə alınıb. Hadisə zamanı “Toyota” və “Mercedes” markalı minik avtomobilləri toqquşub.

    Hadisə şahidlərinin bildirdiyinə görə, “Toyota” markalı avtomobilin sürücüsü tuneldə yol-hərəkəti qaydasını pozaraq əks yola çıxıb. Bu zaman nəqliyyat vasitəsi “Mercedes”lə toqquşub.

    İlkin məlumata görə, hər iki avtomobildə olan ümumilikdə beş nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərbənin gücündən “Mercedes” markalı avtomobilin sürücüsü avtomobildə sıxılı vəziyyətdə qalaraq ölüb.

    Əraziyə Nəsimi Rayon Polis İdarəsinin, DYP, təcili tibbi yardım briqadasının və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Sürücü sıxılmış avtomobildən çıxarılaraq aidyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar hər iki istiqamətdən körpüyə giriş-çıxış bağlanıb. Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər