Şəmkir rayonu ərazisində polis əməkdaşı ehtiyatsızlıqdan özünə xəsarət yetirib.
Leqal.az-ın xəbərinə görə, Şəmkir Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Süleyman Əliyev xidmətə gedərkən xidməti silahı ilə ehtiyatsız davranıb.
Nəticədə atəş açılıb və S.Əliyev hadisə zamanı xəsarət alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Leqal.az-a faktı təsdiqləyib.