Gədəbəydə 31 yaşlı kişinin güllə yarası almasının təfərrüatı məlum olub - YENİLƏNİB

Gədəbəydə 31 yaşlı kişinin güllə yarası almasının təfərrüatı məlum olub - YENİLƏNİB
  • Hadisə

  • Gədəbəy rayonunda 31 yaşlı kişinin hansı şəraitdə xəsarət aldığı məlum olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb mərkəzinə verilən məlumata görə, Gədəbəy rayon Miskinli kənd sakinləri, 1978-ci il təvəllüdlü Qamət Şahmalı oğlu Fatullayev və həmyerlisi, 1990-cı il təvəllüdlü Elnur Qurban oğlu Tağıyev birlikdə dovşan ovuna gediblər. Ov zamanı Q.Fatullayevin əlində olan ov tüfəngindən ehtiyatsızlıqdan açılan güllə E.Tağıyevin ayağına dəyib. Yaralı Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

    21:43
    Gədəbəy rayonunda yerli sakin odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

    “Report"un Qərb mərkəzinin məlumatına görə, rayon sakini, 1978-ci il təvəllüdlü Qamət Fətullayev ov silahı ilə ehtiyatsız davranaraq, 1990-cı il təvəllüdlü Elnur Tağıyevə atəş açıb. Nəticədə E.Tağıyev ayağından güllə yarası alıb.

    Yaralı xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər