Tovuz sakini güllə yarası alıb - YENİLƏNİB

Tovuz sakini güllə yarası alıb - YENİLƏNİB
  • Hadisə

  • Tovuz rayon sakininin güllə yarası almasının səbəbi məlum olub.

    DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun əməkdaşı Eşqin Qasımovun apa-nın yerli bürosuna verdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Quliyev Kamal Knyaz oğlu ehtiyatsızlıqdan güllə yarası alıb. Hadisəni törədən şəxs 1995-ci il təvəllüdlü Muradov Murad Nəriman oğludur. O, polis tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

    Tovuz rayonunda silahlı insident baş verib.

    apa-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Şamlıq kəndində (Qəribli nümayəndəliyi) qeydə alınıb.

    1992-ci il təvəllüdlü Kamal Quliyev Kamal güllə yarası ilə xəstəxanaya yerləşdirilib və dərhal cərrahi əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

    29 yaşlı kişinin hansı səbəbdən güllə yarası alması məlum deyil. Hadisə ilə bağlı polisə məlumat verilib.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər