Rusiyada pensioner kişi arvadının intiqamını almaq üçün polisi güllələdi

Rusiyada pensioner kişi arvadının intiqamını almaq üçün polisi güllələdi
  • Hadisə

  • Rusiyanın Bryansk vilayətində 67 yaşlı pensioner kişi arvadının intiqamını almaq üçün polis mayorunu güllələyib.

    Şübhəli cinayətdən sonra hadisə yerindən qaçıb.

    34 yaşlı zərərçəkən çiyindən, belindən və qarnından aldığı güllə yaraları ilə xəstəxanaya yerləşdirilib.

    Polisin sözlərinə görə, bir müddət əvvəl o, şübhəlinin arvadını “samoqon” ticarəti ilə əlaqədar  inzibati məsuliyyətə cəlb edibmiş.

    Şübhəlinin arvadı isə ərinin psixikasında son illərdə problemlər yarandığını bildirib. Buna görə, o, əri ilə ayrı yaşayıb.

    Baş verənlərlə əlaqədar cinayət  işi açılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər