Ermənistanda koronavirusdan ölənlərin sayında kəskin artım qeydə alınıb. Son sutka ərzində ölkədə daha 2 min 383 nəfərdə koronavirus təsdiqlənib, 29 nəfər isə pandemiyanın qurbanı olub.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi yayıb.
Bildirilir ki, bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 85 034-ə, pandemiya qurbanlarının sayı isə 1272-ə çatıb.
Hazırda Ermənistanda 28 min 548 aktiv koronavirus xəstəsinin olduğu bildirilir.