Ermənistanda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı kəskin artıb.
Son sutka ərzində Ermənistanda daha 1600 nəfərdə koronavirus təsdiqlənib.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 80 min 410-a yüksəlib. Qeyd olunub ki, ölkədə pandemiya qurbanlarının sayı da kəskin artıb. Son 24 saat ərzində ölkədə daha 24 nəfər koronavirusdan ölüb. Pandemiya qurbanlarının sayı bununla da 1 222-yə çatıb. Hazırda Ermənistanda 26 min 452 aktiv koronavirus xəstəsinin olduğu bildirilir.
Xatırladaq ki, əhalinin hər yüz min nəfərinə düşən yoluxma hallarının sayına görə, Ermənistan MDB məkanında birinci yerdədir.