Ağdam  yeni inkişaf mərhələsinə başlayıb

Ağdam  yeni inkişaf mərhələsinə başlayıb
  • Cəmiyyət

  • Ağdam Birinci Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olmuşdur.İkinci Qarabağ müharibəsində də ağdamlılar cəsarətlə vuruşmuş və şəhidlər vermişdir.Dörd il əvvəl isə Ağdam bir güllə atılmadan, bir nəfər də şəhid verilmədən qayıtdı. Bu əlbətdə ki,Azərbaycan Ordusunun şanlı Qələbəsi nəticəsində mümkün oldu.  Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmayacaqdı. Prezident İlham Əliyevin sərəncamı ilə 20 Noyabr – Ağdam Şəhəri Günü elan edilib. Qarabağda ədalət qələbə çaldı.  Bu gün Qarabağın hər bir guşəsində Azərbaycanın üçrəngli bayrağı qürurla dalğalanır. 

    44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra qarşıda duran əsas hədəf işğaldan azad edilmiş ərazilərimizdə quruculuq-bərpa işlərini həyata keçirmək, Böyük Qayıdış proqramının icrasını uğurla başa çatdırmaqdır.

    Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair I Dövlət Proqramı” böyük uğurla həyata keçirilir. Ağdam şəhərində və bu rayonun, demək olar ki, bütün kəndlərində son 4 ildə heyrətamiz səviyyədə tikinti-quruculuq işləri görülüb və görülməkdə davam edir. Biz halal torpaqlarımızı qururuq, dirçəldirik.  Bu gün Ağdam rayonu və onun kəndləri  gözlərimiz önündə yenidən qurulur.

    Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş rayonlara davamlı səfərləri mühüm əhəmiyyət kəsb edir. Artıq Ağdamımız  yeni inkişaf mərhələsinə başlayıb.  Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama səfərləri və reallaşdırılan yeni infrastruktur layihələr bunu söyləməyə əsas verir.23.11.2020-ci ildə baş tutan səfər zamanı Ağdam şəhərində Dövlət Bayrağının ucaldılması,dağıdılmış Ağdam Cümə məscidini ziyarət xalqımıza qürur dolu anlar yaşatdı. 28.05.2021-ci ildə edilən səfər Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi, Ağdam şəhərində ilk yaşayış binasının, Ağdam Sənaye Parkının təməlqoyma mərasimləri ilə yadda qaldı. Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi ilə tanışlıq oldu. Bundan əlavə, Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma mərasimləri könülləri oxşadı. Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimi, Qiyaslı məscidi və Şahbulaq qalası ilə tanışlıq xalqımızın yaddaşına silinməz izlərlə həkk olundu.13.02.2022-ci ildə baş tutan səfər zamanı  Ağdam Sənaye Parkında iki müəssisənin, “Park Forest Otel Ağdam” mehmanxanasının, Yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimləri oldu. Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksi ilə tanışlıq yadda qalan haisələrdən olmuşdur.

     04.10.2022-ci il tarixli səfərdə ölkə Prezidenti İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olmuşdur. Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı və Kəngərli kəndlərinin, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, “City Hotel Agdam” mehmanxanasının təməlqoyma mərasimlərində iştirak edib.15.10.2023-cü il tarixli səfər zamanı Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanışlıq olub.

    Möhtərəm Prezident işğaldan azad edilən ərazilərimizin qurulmasına, orada insanların yaxşı yaşayışı üçün bütün şəraitin yaradılmasına, iş yerlərinin açılmasına çox böyük diqqət göstərir.Torpaqlarımızı Ordumuzun qüdrəti ilə azad etdiyi kimi, dövlətimizin qüdrəti ilə qurub inşa edir və edəcəyik. 

     



    Əntiqə Tağıyeva,
    Masallı Taix-Diyarşünaslıq Muzeyinin direktoru


    PAYLAŞ:

    Oxşar xəbərlər