Ermənistanda daha 2474 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb

Ermənistanda daha 2474 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb
  • Dünya

  • Ermənistanda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı yenidən kəskin artıb.
    Son sutka ərzində Ermənistanda 2474 nəfərdə koronavirus təsdiqlənib.
    LEQAL.AZ Azərtac-a istinadən xəbərə verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.
    Bildirilir ki, bununla da ölkədə COVID-19-a yoluxanların sayı 73 min 310-a yüksəlib.
    Pandemiya qurbanlarının sayı isə 1145-ə çatıb, onlarında 14-ü son sutka ərzində ölüb.
    Hazırda ölkədə 21 min 560 aktiv koronavirus xəstəsinin olduğu bildirilir.
    Qeyd edək ki, Ermənistanda koronavirusla əlaqədar cari il martın 11-dən sentyabrın 11-dək fövqəladə vəziyyət rejimi qüvvədə olub. Hazırda isə ölkədə karantin rejimidir və bu rejim 2021-ci il yanvarın 11-dək davam edəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər