Ermənistanda koronavirusa yoluxma və bu virusdan ölüm halları artıb.
Son 24 saat ərzində ölkədə daha 2 min 214 nəfərdə koronavirus təsdiqlənib, daha 21 nəfər COVID-19-un qurbanı olub.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.
Bildirilir ki, Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 82 min 651-ə yüksəlib. Pandemiya qurbanlarının sayı isə daha 21 fakt artaraq 1243-ə çatıb.
Hazırda Ermənistanda 28 min 548 aktiv koronavirus xəstəsinin olduğu bildirilir.
Xatırladaq ki, əhalinin hər yüz min nəfərinə düşən yoluxma hallarının sayına görə, Ermənistan MDB məkanında birinci yerdədir.