Ermənistanda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı yenə də kəskin artıb. Son 24 saat ərzində ölkədə daha 2 min 213 nəfərdə koronavirus aşkarlanıb, 12 nəfər bu xəstəlikdən ölüb.
LEQAL.AZ Azərtaca-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 75 min 523-ə, pandemiya qurbanlarının ümumi sayı isə 1157-ə çatıb.
Hazırda Ermənistanda 23 min 332 aktiv koronavirus xəstəsi var.