Ermənistanda COVID-19 virusuna yoluxma və bu virusdan ölüm halları kəskin artıb. Son iki gün ərzində 2415 nəfərdə koronavirusa yoluxma faktı təsdiqlənib.
LEQAL.AZ xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi yayıb.
Bildirilir ki, onlardan 766-sı bu virusa son sutka ərzində yoluxub. Bununla da ölkədə COVID-19 virusuna yoluxanların sayı 65 min 460-a çatıb.
Qeyd olunub ki, ölkədə son iki gündə pandemiyadan ölənlərin sayı daha 24 nəfər olub.
Hazırda Ermənistanda 15 min 845 aktiv koronavirus xəstəsi var