Türkiyədə daha 341 nəfər koronavirusdan vəfat edib

Türkiyədə daha 341 nəfər koronavirusdan vəfat edib
  • Dünya

  • Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 341 nəfər həyatını itirib.

    LEQAL.AZ xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyasına yoluxma sayında azalma müşahidə olunub.

    Son 24 saatda 40 444 nəfərin koronavirus testi pozitiv nəticə verib, 3558 koronaviruslu xəstənin vəziyyəti ağırdır.

    Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 39 398 nəfər ölüb.    

    Türkiyədə indiyədək 4 751 026 nəfər koronavirus xəstəsi qeydə alınıb, onlardan 4 212 461-i müalicə olunaraq sağalıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər