Fransada son sutkada COVID-19 infeksiyasından 365 ölüm faktı və 8 mindən çox yeni yoluxma qeydə alınıb.
LEQAL.AZ xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb.
Bildirilir ki, virusdan ölənlərin ümumi sayı 53 506-ya çatıb, onlardan 36 692-si xəstəxanalarda baş verib.
Hazırda xəstəxanalarda 28 mindən çox koronavirus xəstəsi müalicə alır. Reanimasiya şöbələrində 3 600 ağır xəstə var.
Ölkədə 1 1422-i qocalar evlərində olmaqla 3 240 qrup yoluxması araşdırılmaqdadır. 100 departamentdə vəziyyət hələ də gərgin olaraq qalır. Yeni yoluxma sayında azalma müşahidə olunsa da, bunun müvəqqəti olduğu bildirilir.
Fransada COVİD-19 infeksiyasına ümumilikdə 2 230 571 yoluxma qeydə alınıb, onlardan 164 029-u sağalıb.(azərtac)