Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası səbəbindən son sutkada 68 nəfər ölüb, 15 min 516 nəfər sağalıb. Gündəlik ölüm sayı dünənki ilə müqayisədə üç nəfər çoxdur.
LEQAL.AZ Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, martın 14-də ölkə üzrə 132 min 425 nəfər testdən keçirilib. Onlardan 13 min 378 nəfərdə infeksiya aşkarlanıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, Türkiyədə indiyədək, ümumilikdə, 2 milyon 879 min 390 nəfərdə virus aşkarlanıb, 29 min 489 nəfər bu xəstəlikdən ölüb.
Qeyd edək ki, hazırda Türkiyədə koronavirus infeksiyasına qarşı tətbiq olunan məhdudiyyətlərdə bəzi yumşalmalar tətbiq olunur. Virusa yoluxma isə bölgələr üzrə fərqli dinamikada müşahidə olunur. İnfeksiya ilə mübarizə tədbirləri çərçivəsində Çindən alınan “Sinovac” vaksinini ilə peyvəndlənmə qrafik üzrə davam edir. İlkin hesablamalara görə ölkə əhalisinin 40 milyon nəfəri iki doza vaksin qəbul edəndən sonra yoluxmada kəskin azalma müşahidə olunacaq. Hələlik isə bir doza vaksin olanların sayı 10 milyonu, iki doza qəbul edənlər isə 3 milyonu ötüb.(azərtac)