Gürcüstanda ötən sutkada koronavirusa 966 yeni yoluxma halı təsdiqlənib, 18 nəfər vəfat edib.
LEQAL.AZ “report”-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 303 751-ə, xəstəlikdən ölənlərin sayı isə 4 025-ə çatıb.
Son 24 saat ərzində sağalanların sayı 1 222 nəfər artaraq 285 971 olub.