Gürcüstanda ötən sutkada daha 234 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 9 pasiyent vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Beləliklə, qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 272 851-ə, xəstəlikdən ölənlərin sayı isə 3 576-ya çatıb.
Son 24 saat ərzində sağalanların sayı 349 nəfər artaraq 266 693-ə yüksəlib.