Gürcüstanda koronavirusdan ölüm üzrə yeni antirekord qeydə alınıb

Gürcüstanda koronavirusdan ölüm üzrə yeni antirekord qeydə alınıb
  • Dünya

  • Gürcüstanda son sutka ərzində daha 3 min 117 nəfərdə koronavirus aşkarlanıb. Bununla da ölkədə COVID-19-a yoluxanların sayı 85 min 952-yə çatıb.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin dövlət qurumlararası koordinasiya şurasının qərargah rəisinin müavini Berdiya Siçinava məlumat verib.

    Onun sözlərinə görə yoluxma hallarına görə, paytaxt Tbilisi birinci yerdədir. Paytaxtda son 24 saat ərzində 1202 nəfər koronavirusa yoluxub. Yeni yoluxma hallarının 469-u Acarıstanda, 302-si İmeretidə, 259-u Kvemo Kartli-Borçalıda, 173-ü Şidi Kartlidə, 355-i Sameqrelo və Zemo Svanetidə və digər bölgələrdə qeydə alınıb.

    B.Seçinava deyib ki, son sutka ərzində ölkədə koronavirusdan ölüm sayına görə yeni antirekord qeydə alınıb. Son 24 saat ərzində ölkədə 45 nəfər pandemiyanın qurbanı olub. Bununla da ölkədə koronovirusdan ölənlərin ümumi sayı 778-ə çatıb.

    Koronavirusdan ölənlərin 18-i paytaxt Tbilisidə olub. Acarıstanda 9, İmereti bölgəsində 9, Şidi Kartlidə 2, azərbaycanlıların ən çox yaşadıqları Kvemo Kartli-Borçalıda 5, Kaxetidə 1 və Samtsxe-Cavaxetiyada 1 ölüm faktı baş verib.

    Hazırda Gürcüstanda 2797 nəfər karantində, 5 min 662 nəfər stasionar nəzarətdə saxlanılır. 3 351 nəfər isə xüsusi otellərdə müalicə olunur.

    Daha 52 min 103 nəfər özünü təcrid rejimindədir.
    PAYLAŞ:

    Oxşar xəbərlər