Fransada son sutkada COVID-19 pandemiyasına 36 442 yeni yoluxma və 331 ölüm faktı qeydə alınıb.
LEQAL.AZ-ın xəbərinə görə, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat verib.
Bildirilib ki, pandemiya başlayandan ölkədə 5 224 321 nəfər koronavirusa yoluxub. Koronovirus qurbanlarının ümumi sayı 100 404-ə çatıb.
Xəstəxanalarda 30 472 koronavirus xəstəsi var.
Reanimasiya şöbələrində 5 941 ağır vəziyyətdə olan virus xəstəsi intensiv müalicə alır.