Fransada 93 min 153 nəfər koronavirusun qurbanı olub

Fransada 93 min 153 nəfər koronavirusun qurbanı olub
  • Dünya

  • Fransada son sutkada 245 olmaqla, COVID-19 qurbanlarının ümumi sayı 93 153-ə, yeni yoluxma isə 65 373-ə çatıb.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb.

    Məlumata görə, reanimasiya şöbələrində ağır vəziyyətdə 4 651 koronavirus xəstəsi intensiv müalicə alır. Xəstəxanalarda 26 min 876 xəstə müalicə olunur. Epidemiya başlayandan 4 milyon 378 min 446 yoluxma qeydə alınıb və 285 min 199 xəstə sağalıb. Reanimasiya şöbələrində oksigen aparatları və çarpayıdan əlavə tibbi heyət çatışmazlığı olduğu bildirilir.

    Son günlər yoluxma sayının artmasının, eləcə də xəstəxanalara yerləşdirilən koronavirus xəstələrinin gənclərdən ibarət olmasının əsas səbəbi Britaniya ştammı olduğu vurğulanır.
    PAYLAŞ:

    Oxşar xəbərlər