Moskvada Jirinovskinin oğlu döyülüb

Moskvada Jirinovskinin oğlu döyülüb
  • Dünya

  • Moskvanın “Vnukovo” hava limanında Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovskinin oğlu Oleq Eydelşteyn ilə Şimali Osetiyanın sabiq rəhbərinin oğlu Vyaçeslav Bitarov arasında mübahisə düşüb.

    Bu barədə LEQAL.AZ “REN TV”yə istinadən xəbər verir.

    Mənbə bildirib ki, mübahisə dava ilə nəticələnib. Jirinovskinin oğlu münaqişədən sonra həkimə müraciət edib.

    Ona beyin silkələnməsi və qapalı-kəllə beyin travması diaqnozu qoyulub. Bundan əlavə Zelimxan Bitarov rəqibinə qırtlaq xəsarəti yetirib.

    Hazırda hər iki şəxsin polisə ifadə verib-vermədiyi məlum deyil.
    PAYLAŞ:

    Oxşar xəbərlər