Avropada mütəşəkkil cinayətkarlıq sürətlə yayılmaqdadır

Avropada mütəşəkkil cinayətkarlıq sürətlə yayılmaqdadır
  • Dünya

  • Mütəşəkkil cinayətkarlıq Avropa İttifaqında getdikcə daha sürətlə yayılır və normal həyatın müxtəlif sahələrinə sirayət edir.

    LEQAL.AZ xəbər verir ki, Avropanın “Avropol” polis təşkilatının yaydığı hesabata görə, mütəşəkkil cinayətkarlığın Avropa İttifaqı üçün təhlükəsi hələ heç zaman indiki səviyyədəki kimi yüksək olmayıb.

    Getdikcə daha çox güc tətbiqindən yararlanan mütəşəkkil cinayətkar dəstələr hər il narkotik vasitələr və insan alveri, eləcə də kibercinayətkarlıq sayəsində milyardlarla avro əldə edirlər.

    “Avropol”un hər dörd ildən bir analizlər əsasında hazırladığı hesabatda cinayət aləminin leqal dünya ilə necə sıx bağlandığı araşdırılıb.

    Hesabatda göstərilir ki, mütəşəkkil cinayətkar dəstələrin 80 faizi leqal biznes strukturlarından öz məqsədləri üçün istifadə edir, onların 60 faizi isə müntəzəm şəkildə korrupsiyadan vasitə kimi yararlanırlar.

    Çirkli pulların yuyulması professional şəkildə təşkil olunur və “yeraltı dünya”nın paralel maliyyə sistemi fəaliyyət göstərir.

    .
    PAYLAŞ:

    Oxşar xəbərlər