Türkiyədə son sutkada 253 nəfər koronavirusdan dünyasını dəyişib

Türkiyədə son sutkada 253 nəfər koronavirusdan dünyasını dəyişib
  • Dünya

  • Türkiyədə yeni növ koronavirus (COVID) infeksiyasına qarşı mübarizə tədbirləri vilayətlərdəki vəziyyət üzrə dəyişməklə davam etdirilir.

    LEQAL.AZ Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, aprelin 9-da ölkədə 305 min 103 nəfər testdən keçirilib. Onlardan 55 min 791 nəfərin testi müsbət olub, 2 min 408 nəfər xəstəxanalara cəlb edilib. Gün ərzində bu xəstəlikdən 253 nəfər ölüb, 35 min 786 nəfər isə sağalıb.

    İndiyədək ümumilikdə 3 milyon 745 min 657 nəfərdə koronavirus aşkarlanıb, 33 min 454 nəfər ölüb.

    Hazırda 2 min 658 nəfər reanimasiyadadır. Ağır xəstə sayının durmadan artması ölüm hallarının yüksəlişinə birbaşa təsir göstərir.

    İnfeksiya ilə mübarizə tədbirləri çərçivəsində peyvəndləmə prosesi qrafikə uyğun davam edir. Hazırda kütləvi peyvəndləmə Çindən alınan “Sinovac” vaksini ilə aparılır. Tətbiq olunan ümumi vaksin sayı 20 milyon dozaya yaxınlaşır.
    PAYLAŞ:

    Oxşar xəbərlər