Türkiyədə son sutkada koronovirusa yoluxan 93 nəfər dünyasını dəyişib

Türkiyədə son sutkada koronovirusa yoluxan 93 nəfər dünyasını dəyişib
  • Dünya

  • Fevralın 12-də Türkiyədə ümumilikdə 123 min 305 nəfər COVID-19 testindən keçirilib. Onlardan 7 min 706 nəfərdə virus aşkarlanıb, 671 nəfər xəstəxanalara yerləşdirilib.

    azərtac Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada bu xəstəlikdən 93 nəfər ölüb, 7 min 215 nəfər isə sağalıb. İndiyədək ölkə üzrə 2 milyon 579 min 896 nəfərdə virus aşkarlanıb, 27 min 377 nəfər ölüb.

    Qeyd edək ki, Türkiyədə məlum infeksiyaya qarşı Çindən alınan “Sinovac” vaksini ilə kütləvi peyvəndləmə qrafikə uyğun davam edir. Fevralın 11-dən etibarən peyvənd olunanlara ikinci dozanın vurulmasına başlanılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər