Gürcüstanda matəm elan olunub

Gürcüstanda matəm elan olunub
  • Dünya

  • Aprelin 10-u Gürcüstanda matəm günü elan olunub.

    LEQAL.AZ xəbər verir ki, ölkənin Baş naziri İrakli Qaribaşvili bu barədə müvafiq qərar imzalayıb.

    Qərara əsasən, həmin gün Abxaziya bölgəsində yaşayan və Gürcüstana keçərkən həlak olan 4 Gürcüstan vətəndaşının xatirəsi anılacaq.

    Aprelin 10-da Gürcüstanda dövlət bayraqları endiriləcək.

    Xatırladaq ki, aprelin 7-də Gürcüstanın 4 vətəndaşı İnquri çayını keçərək Abxaziyadan Gürcüstanın nəzarətindəki əraziyə daxil olmağa cəhd edərkən boğulub.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər