“Vəziyyətdən asılı olaraq ilk səfərlərimdən birini Azərbaycana edəcəyəm”.
LEQAL.AZ apa-ya istinadən xəbər verir ki, Gürcüstanın Baş naziri postuna namizəd İrakli Qaribaşvili parlamentdə deputatlar qarşısında çıxışı zamanı deyib.
İ. Qaribaşvili bildirib ki, Azərbaycana səfəri zamanı sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı müzakirələr aparacaq.
O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Gürcüstan üçün strateji tərəfdaş və dost ölkədir.
İ. Qaribaşvili Azərbaycan Prezidenti ilə yaxşı münasibətlərinin olduğunu da vurğulayıb.